Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

10 kilometrədək yolda ötmə əməliyyatı QADAĞANDIR

Tarix: 27-08-2017 19:54     Baxış: 4278 A- / A+
10 kilometrədək yolda ötmə əməliyyatı

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən 10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır. Bu da nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur. Sürücülər bir neçə dəfə mənasız yerə cərimələndiklərini də deyirlər.

Manevr.az xezerxeber-ə istinadən bildirir ki, 10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır.

Görüntülər Bakı-Quba yolundandır. Magistral yolun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisinə düşən hissəsində 10 kilometrədək məsafədə qoşa xətt çəklilib. sürət həddi bəzi yerlərdə 70, digər ərazidə isə 60 kilometr/ saat müəyyənedilib. 10 kilometrədək məsafədə isə ötmək üçün yer qoyulmayıb.

Bu da yolda nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur.

Sürücülər deyirlər ki, həmin yolda sənaye müəssisələri çoxluq təşkil etdiyindən bu ərazidə iri tonnajlı maşınlar ,traktor və digər yük avtomobilləri istədikləri sürət həddini seçirlər. Məhz ona görə də sürücülər bəzi hallarda qarşıdakı nəqliyyat vasitəsini keçmək məcburiyyətində qalırlıar. Bu da onların cərimələnməsi ilə nəticələnir.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, 10 kilometrə yaxın məsafədə ötməni qadağan etmək düzgün deyil. Bu, həmin yolda nəqliyyat vasitələrinin sürətinə təsir edir və tıxacların yaranmasına səbəb olur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar