Xəbər lenti
Azərbaycan yaxın illərdə də ikili vətəndaşlığa icazə verməyəcək - SƏBƏBLƏR

Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır.
Bəs Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi?
Nə üçün buna icazə verilmir?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, hazırda Azərbaycanda insanlara ikili vətəndaşlıq statusunun verilməsi məqsədə uyğun deyil.
“Çünki Azərbaycana qarşı müəyyən dövlətlər var ki, qərəzli münasibət bəsləyirlər. Bunun çox böyük səbəbləri var. Dövlətimizin, əhalimizin milli maraqları və təhlükəsizliyi naminə hələ ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı qanun layihəsi hazırlanması məqsədə uyğun deyil”.
Ç.Qənizadə hesab edir ki, Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı məsələ 5-10 il ərzində perspektivli görünmür.
“Beynəlxalq hüquqa uyğun olaraq Dağlıq Qarabağ problemi həll edildikdən, qonşularla münasibətimiz normal vəziyyətdə olduqdan sonra bu məsələyə baxmaq olar. Bəzi dövlətlər üzdə bizə dost desələr də Azərbaycanın uğurlarına sevinmirlər. Bu baxımdan dövlətimizin təhlükəsizliyi naminə müəyyən addımların atılmasını ləngidirik. Bunlardan biri də Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı məsələdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar