Xəbər lenti
"Nazir lağ-lağı obyektinə çevrilmişdi” - Rasim Musabəyov
“Görüşlə bağlı xüsusi bir məlumat yoxdur. Daha çox ümumi sözlər deyilir. Lakin aydındır ki, yay mövsümü, tətil vaxtı başa çatıb. Bu danışıqlarda durğunluq yaranacağı təqdirdə hərbi münaqişə ilə bağlı risklər yerində qalır və yenidən qabardıla bilər”.
Manevr.az xəbər verir ki, bu fikirləri dünən Moskvada Xarici İşlər Nazirliyində Sergey Lavrovun rəhbərliyi və Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən məsləhətləşmələri şərh edən politoloq, Milli Məclisin üzvü Rasim Musabəyov teleqraf.com-a deyib.
Muabəyov bildirib ki, həmsədrlər toplaşaraq hansısa bir danışıqlar layihəsi ilə çıxış etmək niyyətindədirlər: “İndi nəzərə alsaq ki, bu məsələlərdə ABŞ və Fransadan olan həmsədrlər Rusiyanınmoderatorluğunu qəbul ediblər, görüşün Moskvada baş tutması, həmsədrlərin Lavrovla məsləhətləşmələri başadüşüləndir. Ancaq bu məsləhətləşmələr nəyə gətirib çıxaracaq, təklif tərəflər üçün nə dərəcədə qaneedici olacaq və bunun əsasında xarici işlər nazirlərinin, prezidentlərin görüşünün mümkün olub-olmayacağı sualı açıq qalır”.
Ermənistanda hökumətin istefaya getməsi və bunun danışıqlar prosesinə mümkün təsirləri haqda danışan sabiq dövlət müşaviri xatırladıb ki, erməni hökuməti Dağlıq Qarabağ münaqişəsinə dair aparılan proseslə məşğul olmayıb: “Bu işlə bilavasitə prezident Sarkisiyan və xarici işlər naziri Nalbandiyan məşğul olurdu. Hazırda prezident Sarkisiyan yerindədir. Nalbandiyan isə son zamanlar Ermənistanda lağ-lağı obyektinə çevrilmişdi. Hazırda onun yerinə Ermənistanda Prezident Aparatının rəhbərinin gətiriləcəyini deyirlər. Hər halda prezidentin icra aparatının rəhbəri bu prosesin içindədir və onun ayrıca səlahiyyətə ehtiyacı yoxdur. Əgər onu xarici işlər naziri təyin etsələr, qısa müddətdə bu münaqişə ilə yaxından məşğul olması mümkün olacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar