Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

5000-ə yaxın müəllimin əməkhaqqı artacaq - RƏSMİ

Tarix: 24-08-2017 12:40     Baxış: 4217 A- / A+
 5000-ə yaxın müəllimin əməkhaqqı artacaq

"Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a açıqlamasında deyib.

E. Bağırov deyib ki, bu təklif Təhsil Nazirliyi tərəfindən verilib: "Məlumdur ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq respublika müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi keçirilir. Dövlət başçısının 2015-ci il 16 yanvar tarixli müvafiq sərəncamı ilə də dövlət ümumtəhsil müəssisələrində çalışan və diaqnostikadan keçən müəllimlərin əməkhaqqı artırılıb. Bundan sonra qiymətləndirilmədən keçməyən rayonlarda işləyən müəllimlər də qiymətləndirməyə cəlb edilib və cari ildə ölkədə çalışan bütün müəllimlər qiymətləndirilmədən keçib.

Hər il tədris ilinin sonunda Nazirlik tərəfindən müəllimlərin mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə işə qəbulu təşkil edilir. Müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin də əməkhaqqının yeni standartlarla ödənilməsi məqsədi ilə Təhsil Nazirliyi təklif irəli sürmüşdü, təklif də nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və prezident İlham Əliyev tərəfindən dünən imzalanıb.

Sərəncama əsasən, bu il müsabiqə yolu ilə qəbul edilmiş 5000-ə yaxın müəllimin 2018-ci ilin yanvar ayından əməkhaqları yeni qaydalara əsasən artımla ödəniləcək. Onların əməkhaqlarında orta hesabla 30-40 faiz artım müşahidə olunacaq”.

E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni olduğundan bu təklifi irəli sürüblər: "Diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin məzmunu, demək olar ki, eynidir. Ciddi fərqlənmir. Sərəncamdan irəli gələn məsələ odur ki, bu il işə qəbul edilən müəllimlərlə diaqnostikadan keçmiş müəllimlər bərabər tutulsun və həmin müəllimlərin əməkhaqqı artımla ödənilsin”.

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ləğv edilmir: "Bu, diaqnostik qiymətləndirmənin ləğvi kimi anlaşılmır. Qiymətləndirmədən keçməyən müəllimlər var. Əvvəlki illərdə keçirilən qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyənlər üçün də yeni tədris ili ərzində diaqnostika keçiriləcək. Həmin müəllimlərin də sayı respublika üzrə ümumi müəllim sayının 2-3 faizini təşkil edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar