Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bayram Kürdəxanlını hansı məşhurun qohumu öldürüb? (TƏFƏRRÜAT)

Tarix: 23-08-2017 11:53     Baxış: 4358 A- / A+
Bayram Kürdəxanlını hansı məşhurun qohumu öldürüb?


Tanınmış meyxana ustası Bayram Kürdəxanlı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, mərhum saat 14.00-da Kürdəxanı qəbiristanlığında, atasının yanında dəfn olunacaq.

Qonşuların dediyinə görə, hadisə B. Kürdəxanlı qəsəbədəki toy mərasimindən evinə qayıdarkən baş verib. Meyxanaçını maşınla vuran sürücü Emin Fərhadov Maştağa kənd sakini imiş. Kənd camaatının sözlərinə görə, həmin şəxs Ağamirzənin qohumudur.

Ağamirzə özü xəbəri təsdiqləyib:
"Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb”.

Ağamirzə gecə xəstəxanada Bayramın yanında qaldığını deyib:
"Reanimasiyada idi, içəri girdim, qardaşı da mənimləydi. Nə qədər çağırdım ki, Bayram, gözünü aç, yanındayam, eşitmədi. Komadaydı. O boyda türmədə ölməyəsən, gəlib bir maşının altında qalasan. Qismətə bax. Hələ də şokdayam, özümə gələ bilmirəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar