Xəbər lenti
Enerji içkilərinə qadağa qoyula bilər? – “Onları narkotik hesab etmirəm”- DEPUTAT
Son günlər mediada enerji içkilərindən zəhərlənmə ilə bağlı müxtəlif məlumatlar yayılır. Bu isə həmin içkilərin qadağan olunması məsələsini gündəmə gətirir.
Maraqlıdır, Azərbaycanda bu içkilərin yaş məhdudiyyəti olmadan satışına qadağa qoyula bilərmi?
Manevr.az bildirir ki, Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin üzvi Musa Quliyev Cebhe.info-nun suallarını cavablandırıb. O bildirib ki, dövlət tərəfindən bu içkilərin satışına heç bir ciddi nəzarət yoxdur, olmalı da deyil. Çünki bu içkilərin satılması, saxlanılmasına heç bir qadağa yoxdur: “Həmin içkilərin hamısı istehsal olunan şirkət və onu idxal edən qurumumuz tərəfindən istifadəyə yararlı kimi göstərilir. Lakin bu içkilərin çox qəbul edilməsi, yeniyetmə və uşaqlara verilməsi səhhət üçün müəyyən təhlükə törədə bilər”.
Millət vəkilinin sözlərinə görə, içkilərin satışı deyil, reklamı qadağan olunmalıdır: “Bu içkiləri narkotik hesab etmirəm. Bu səbəbdən satışı dayandırılmamalıdır. Düşünmürəm ki, bu içkiləri qadağan etsək, nəsə qazanacağıq. Bu içkilər aludəçilik yaratmırsa, niyə qadağan edilməlidir? Dünya ölkələri bu içkiləri qadağan etmir. Çünki istehlakçı hüququ var. O, istədiyi seçimi edə bilər. Sadəcə olaraq bu içkilərin məktəblərdə satışı qadağan edilməlidir”.
M.Quliyev bildirir ki, bu istiqamətdə dövlət tərəfindən deyil, cəmiyyətin özündə müəyyən tənzimlənmə tədbirləri görülməlidir: “Maariflənmə aparılmalı, bu barədə müvafiq həkim tövsiyələri valideynlərə çatdırılmalıdır. Valideyn də övladına nəyisə başa salmalı, izahat verməlidir. Digər tərəfdən, dövlət tərəfindən bu içkilərin sanitar-epidemoloji normalara uyğun saxlanılmasına nəzarət olmalıdır. Yayda bu içkilərin çöldə saxlanılması zərərli təsir göstərə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar