Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

Tarix: 21-08-2017 08:25     Baxış: 4291 A- / A+
Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?


Qiyməti Tarif Şurası tərəfindən tənzimlənən dərmanın qiyməti apteklərdən birində 20 manat daha baha qiymətə satılır.
Manevr.az bildirir ki, maraqlı məqam Xəzər TV-nin kiçik araşdırması zamanı üzə çıxıb. Elə vətəndaşların mürəciətindən məlum olur ki, belə hallar xəstəxanaların yaxınlığında yerləşən apteklərdə daha çox müşahidə olunur.
Dərmanın dövlət tərəfindən tənzimlənən qiyməti başqadır, ancaq aptekin satdığı qiymət tam başqa. Özü də belə hallara daha çox xəstənalara ən yaxın olan apteklərdə rast gəlinir.
Kiçik araşdırma zamanı bunu təsdiq edən çox maraqlı fakt aşkar edilib. Təkcə bir dərmanın- Immonqlobulin antistafilakokun qiymətini adi müştəri kimi bir neçə aptekdən soruşduq. Tarif Şurasının qərarına əsasən pərakəndə satış qiyməti 32 manat 6 qəpik müəyyən edilən dərmanın apteklərdə adətən 33 manat 95 qəpiyə satıldığını gördük. Ancaq müştəri kimi Yasamal Rayonunda Bəsti Bağırov küçəsində yerləşən bu aptekə daxil olduqda dərmanın 53 manat 40 qəpiyə satıldığını dedilər. İkinci dəfə aptekə daxil olaraq qiymətin təyin olunandan 20 manat daha baha olmasının səbəbini soruşduq
Dərmanın dövlət qoyan qiymətdən 20 manat baha satılmasından əlavə daha maraqlı bir məqam isə bundan ibarətdir ki, həmin aptek Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstutunun düz qabağında yerləşir. Vətəndaşlar da xəstəxanaların düz qabagındakı apteklərin dərmanları daha baha qiymətə satdıqlarını deyirlər.
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, aptek sahibi tərəfindən atılan bu addım inzibati qaydada məsuliyyət yaradır və bunu edən vəzifəli şəxslər 1000-1500, hüquqi şəxslər isə 3000-5000 arasında cərimə oluna bilərlər.
Qiymətləri tənzimlənməyən dərmanların satışında isə belə hallara daha çox rast gəlinir. Doğrudur bu hər hansı bir hüquqi məsuliyyət yaratmır. Amma hüququ normalara sığsa da əxlaqi və mənvi normalara sığmır. Çünki söhbət xəstələrin əlacsız qalıb dərmandan gedir. Hər hansı bir başqa məhsuldan yox.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar