Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Metro sərnişinlərinə pis xəbər - sabahdan bağlanır FOTO

Tarix: 20-08-2017 16:41     Baxış: 3348 A- / A+
Metro sərnişinlərinə pis xəbər


Qatarlar bu stansiyada dayanmadan hərəkət edəcək

Bu gündən Bakı metropoliteninin ən çox istifadə edilən stansiyalarından biri bağlanır. Metropolitendən İstiPress-ə verilən məlumata görə, metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan "Sahil" stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Metro sərnişinlərinə pis xəbər


Qatarlar bu stansiyada dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.


Bakının ən məşhur metrostansiyası bağlanır - tarix açıqlandı
"Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər

Metro sərnişinlərinə pis xəbər

çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun "Sahil" stansiyasına yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur

Metro sərnişinlərinə pis xəbər


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar