Xəbər lenti
İrəvan fakt qarşısında : BMT Qarabağı...
BMT tribunasında Dağlıq Qarabağ məsələsinə yenidən müxtəlif aspektlərdən və iki dövlətin ortaq stratejisi baxımından yanaşılması problemin həllinə mühüm töhfələr verə bilər.
Bu barədə Manevr.az-a Türkiyə prezidentinin Bakı səfərinin ardınca Nyu Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılması və bu fonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sessiya çərçivəsində ehtimal edilən görüşü ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hər iki məsələ arasında müəyyən bağlılığın olduğunu düşünür:
“İlk növbədə Dağlıq Qarabağ münaqişəsi kontekstində Naxçıvanın təhlükəsizliyi məsələsi müzakirə ediləcək. Tərəflər mövqelərini bir daha dəqiqləşdirəcəklər. Türkiyə bu məsələdə hər zaman Azərbaycanın tutduğu mövqeyə uyğun siyasət yeridir, “Qarabağ məsələsində Azərbaycan nə deyirsə, o da olacaq prinsipi”ni rəhbər götürür. Sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də gözlənilir. Hələ ki, danışıqlar prosesi ölü nöqtədən tərpənmir. Üstəlik, Ermənistan işğal edilmiş ərazilərdə məskunlaşma və toponimlərin dəyişdirilməsi istiqamətində antiazərbaycan siyasəti aparır. Ermənistan öz tarixini saxtalaşdırmaqla, az qala, bütün Qafqaza qarşı iddialar irəli sürür. Bu fonda danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi istisna edilmir. Əminəm ki, hər iki ölkə istər xarici işlər nazirləri səviyyəsində, istərsə də prezidentlər səviyyəsində sessiyaya qatılsa, mütləq Dağlıq Qarabağ baş mövzu olacaq. 202 dövlətin qarşısında bu məsələnin bir daha qaldırılması və Ermənistan təcavüzkarlığının anatomiyasının yeni faktlarla faş edilməsi zənnimcə, Azərbaycanın haqq işinin beynəlxalq ictimai rəydə möhkəmləndirilməsi baxımından mühüm rol oyana bilər. BMT tribunasında Dağlıq Qarabağ məsələsinə yenidən müxtəlif aspektlərdən və iki dövlətin ortaq stratejisi baxımından yanaşılması problemin həllinə mühüm töhfələr verə bilər”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana səfər edəcək, daha sonra isə sentyabrın 19-25-də Nyu Yorkda keçirilməsi nəzərdə tutulan BMT Baş Assambleyasının toplantısına qatılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar