Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əsgərlərimiz dağ ətəyində bu qız üçün oxudular - FOTO

Tarix: 19-08-2017 19:22     Baxış: 4269 A- / A+
Əsgərlərimiz dağ ətəyində bu qız üçün oxudular

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat dəstəsi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlər zamanı səyyar təbliğat dəstəsinin üzvləri müxtəlif mövzularda əsgərlərlə söhbətlər aparıb, hərbi qulluqçuların döyüşə hazırolma vəziyyəti, əsgər və zabitlərin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidmət, qidalanma və digər məsələlərlə tanış olublar.
Ziyarətin başlıca məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği, müharibə veteranlarını gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə daha fəal cəlb etmək və vətəndaşlıq borcunu yerinə yetirən şəxsi heyətə mənəvi dəstək olmaqdır.
Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb, "Vətən Uğrunda” Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Tədbirlərdə Qarabağ müharibəsi Veteranları Dilqəm Əliyev, İlham Əliyev, Valeri Behmetov, Əlyar Novruzov, Ülvi Xəlilov, Veysəl Əliyev, Fəxrəddin Məmmədov və Əli Ziyadov ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə böyük məmnuniyyətlə gəldiklərini bildirərək, əsgərlərə müharibə dövrü ilə bağlı xatirələrini danışıb, bilik və təcrübələrini bölüşüblər. Birgə həyata keçirilən belə tədbirlərin mənəvi-psixoloji təsiri və əhəmiyyəti nəzərə alınaraq bu xarakterli görüşlərin davamlı olmasının vacibliyi qeyd edilib.
Daha sonra əsgərlərlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüşlər, idman yarışları ilə yekunlaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar