Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı

Tarix: 19-08-2017 11:01     Baxış: 4263 A- / A+
Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı


Lerikdə oğurlanan 8 ədəd nadir tapıntı tapılıb.

Bu barədə APA-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb.


M. Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib. Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni törədənin kimliyi haqda məlumat verilmir.


Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.


Rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisindəki qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxıb.


Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar