Xəbər lenti
Bakıya şah ilanı gətiriləcək
Bakı Heyvanat Parkına yeni heyvanlar gətiriləcək.
Bu barədə Trend-ə Parkın direktoru Azər Hüseynov deyib. O qeyd edib ki, Bakı Heyvanat Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi var: “Bu müqavilə əsasında biz ora iki baş ayı, 10 baş sultan toyuğu, iki baş qu və bir baş tirandaz göndərməliyik. Bunların əvəzində isə onlar bizə bir baş lama, bir baş yallı qoyun (Afrika faunasına aid), çəhrayı qutan, bir baş quzğun və bir baş iri yapalaq göndərəcəklər”.
A.Hüseynov həmçinin qeyd edib ki, heyvanların göndərilməsi ilə bağlı Moskva Zooparkı ilə də razılaşma əldə olunub: “Moskva Zooparkından da bizim zooparkımıza iki baş dağ keçisi, bir ədəd şah ilan, bir cüt dekorativ ördək, bir cüt dekorativ qırqovul göndəriləcək. Həm Daşkənd, həm Moskva zooparklarından gətirilən heyvanlardan şah ilanı və dekorativ qırqovul yenidir, hazırda bu heyvanlardan bizim zooparkda yoxdur. Digər qalan heyvanlardan isə zooparkımızda var, ancaq onlar təkdirlər və biz onların cütlərini gətiririk”.
A.Hüseynov bildirib ki, yeni heyvanların sentyabr-oktyabr aylarında gətirilməsi nəzərdə tutulur: “İndi havalar istidir. Havalar bir az sərinləyəndən sonra heyvanları gətirəcəyik ki, gəlib burada tələf olmasınlar. Təxminən sentyabr-oktyabr aylarında bu heyvanlar zooparkımıza gətiriləcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar