Xəbər lenti
Kürdə suyun səviyyəsi artıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.5 m3/s olmaqla, ongünlük normanın 17 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqələrində 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 3, Bankədə 22 sm artım qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 11-də 365 sm), Şirvanda 207 sm, Salyanda 126 sm (2016-cı il avqustun 11-də 150 sm), Bankədə 205 sm (2016-cı il avqustun 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2016-cı il avqustun 11-də 76 sm) təşkil edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar