Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq FOTO

Tarix: 11-08-2017 10:34     Baxış: 4418 A- / A+
Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq


4 raket eyni anda buraxılacaq

ABŞ və Şimali Koreya arasında gərginlik son həddə çatıb. Tərəflər bir-birini müharibə ilə hədələməyə davam edirlər.
Manevr.az İstiPress-in məlumatına görə bildirir ki, Şimali Koreya Trampın "dünyanın görmədiyi alov və qəzəblə qarşılıq veriləcək" təhdidindən sonra daha da irəli gedərək Quamdakı hərbi bazaya hücum planını açıqlayıb.

Müharibə planı - raketlər 17 dəqiqəyə çatacaq

Ordunun generalı Kim Rak-Gyom rəsmi xəbər agetnliyinə açıqlamasında hücum planının bu ayın ortasında tamamlanacağını deyib. İddiaya görə, 4 ədəd "Xvanson-12" raketi eyni anda havaya qaldırılacaq və Yaponiya üzərindən keçməklə Quama yönləndiriləcək. Raketlər 3356.7 kilometr məsafəni 17 dəqiqə 45 saniyədə qət edərək adanın 30- 40 km-liyinə düşəcək.

General ABŞ prezidenti Donald Trampın müharibə bəyanatını da şərh edib və bunu "axmaqlıq" adlandırıb. “Məntiqsiz bir adamla dialoq mümkün deyil. Ona ancaq güc təsir edər".



Hwasong-12
Şimali Koreyanın planından ən çox narahat olan isə Yaponiyadır. Rəsmi Tokionun müdafiə naziri Itsunori Onodera qonşusunun atacağı raketlərin ölkəsi üçün təhdid olduğunu deyib. O, bu vəziyyətdə Yaponiyanın özünü müdafiə haqqından istifadə edə biləcəyini və dənizdən havaya "Aegis destroyer" raketdən müdafiə sistemini aktivləşdirə biləcəyini deyib.

Qeyd edək ki, Kim Çen Inın hədəfində olan Quamda Amerikanın Anderson aviabazası və Apra Xarbor hərbi dəniz bazası var. Buradakı amerikalı hərbçi sayı isə 7 mindir. Adanın ümumi əhalisi 160 min civarındadır.

ABŞ prezidenti də sərt açıqlamalarının arxasında olduğunu gizlətməyib. Nyu Cersidə jurnalistlərin suallarını cavablandıran Tramp əvvəlki bəyanatının çox sərt olmadığını düşünür. "Şimali Koreya özünü yığışdırsa yaxşı olar. Yoxsa özlərini çox az ölkənin düşdüyü böyük bir bəlanın içində görəcək. Koreya narahat olsa yaxşıdır. Çünki imkansız olduqlarını düşündükləri şeylər başlarına gələcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar