Xəbər lenti
Azərbaycan bazarında zəhərli yumurta? – Narahatlıqlar var
Son günlər dünyada ən təhlükəli qidalardan birinə çevrilən, tərkibində fipronil adlı böcək dərmanı olan zəhərli yumurtalar Hollandiya, Belçika və Almaniya bazarlarına yol açıb.
İngiltərə Qida Standartları Agentliyi yumurtaların ölkədə hansı ərazilərə yayılmasının araşdırıldığını, onların sayının az olduğunu və insan sağlamlığı üçün elə də mühüm təhlükə təşkil etmədiyini bildirsə də, cəmiyyətdə böyük vahimə yaranıb.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkəmizə xaricdən yumurta gətirilmir: “Azərbaycana ərzaq yumurtası gətirilmir, yalnız damazlıq məqsədi ilə Türkiyə, Ukrayna, Rusiya, Bolqarıstandan yumurta idxal edilir. Bu ölkələrdə epizodik vəziyyət sabitdir”.
Ölkəmizə xaricdən yumurta gətirilmədiyi haqda dəfələrlə məlumatlar verilsə də, nədənsə əhalidə bir inamsızlıq var. Əksəriyyət belə düşünür ki, Azərbaycana hətta Çin kimi ölkələrdən də yumurta gətirilir. Bir müddət öncə yumurtanın qiymətinin kəskin düşməsi də əhali də bu şübhələrə zəmin yaratdı.
Ehtimallardan biri də budur ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə yumurta gətirilir. Lakin bu ehtimal əsaslandırılmır. Beynəlxalq təşkilatların açıqlanan hesabatlarında da bu ehtimal əksini tapmayıb. Yəni, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin verdiyi məlumata müvafiq olaraq tradingeconomics.com (https://tradingeconomics.com/azerbaijan/imports-by-category) və digər bu kimi iqtisadi analizlər, hesabatlar yayılan onlayn nəşrlərdə ölkəmizə xaricdən yumurta idxal edilməsi ilə bağlı heç bir məlumat yer almayıb. Bu hesabatda ölkəmizə idxal edilən və Azərbaycanda ixrac edən mal və məhsulların adı və dəyəri haqda ətraflı informasiyalar yer alıb.
Əlavə olaraq qeyd edək ki, 2016-cı ilə qədər ölkəmiz 1665876.00 ABŞ dolları dəyərində mal idxal edib. Cari ildə rəqəmin 2183814 min ABŞ dolları olacağı proqnoz edilir. 2016-cı ilə qədər ölkədən ixrac edilən məhsullarının dəyəri isə 3555749.00 min ABŞ dolları olub. Cari il üçün bu rəqəmin 4035619 min ABŞ dolları olacağı proqnozlaşdırılır. Cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar