Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Köçkünlərə BƏD XƏBƏR - Bu insanların pulu kəsiləcək

Tarix: 10-08-2017 10:15     Baxış: 5586 A- / A+
Köçkünlərə BƏD XƏBƏR

Gələn ildən məcburi köçkün uşaqlarına aylıq yemək xərci verilməyəcəyi bildirilir. Qaçıqn və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi rəhbərliyinin “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimat”a bununla bağlı dəyişiklik etdiyi açıqlanıb. Qayda 2016-cı ilin dekabrının 31-dən sonra doğulacaq məcburi köçkünlərə aid edilməlidir. Apa-nın xəbərinə görə, müavinət verilməsi dayandırılacaq qrup yalnız uşaqlar deyil.

Xəbərdə qeyd edilir ki, məhkəmə orqanlarına hakim təyin edilənlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da yemək xərci kimi aylıq müavinətin verilməsi dayandırılacaq. Habelə, şərait yaransa da, 3 il müddətində əvvəlki yaşayış yerinə qayıtmayan, eləcə də qayıdan məcburi köçkünlər də bundan məhrum ediləcəklər. Həmin kateqoriyadan olan şəxslərə münasibətdə qərarın bu gündən (9 avqust) qüvvəyə mindiyi qeyd edilir. Hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlı müddəalara da dəyişiklik edildiyi bildirilir. İndiyədək hüquq-mühafizə orqanlarında çalışan məcburi köçkünlərə ərzaq payı əvəzinə pul kompensasiyası ödənilirdi. Onlar yemək xərci kimi aylıq müavinət almırdılar. Dəyişikliyə görə, bundan sonra zabit olmayan məcburi köçkünlərə ərzaq payı əvəzinə pul kompensasiyası ilə bərabər, yemək xərclərindən ötrü də aylıq müavinət veriləcəyi açıqlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar