Sizin Reklam Burada
Xəbər lenti
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Heç bir uşaq müharibə qurbanı olmamalıdır"

Tarix: 09-08-2017 21:20     Baxış: 4359 A- / A+
"Heç bir uşaq müharibə qurbanı olmamalıdır"


Heç bir uşaq harada yaşamasından asılı olmayaraq, müharibə qurbanı olmamalıdır.

Manevr.az bildirir ki, bunu report-a açıqlamasında YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iyulun 4-də Füzulinin Alxanlı kəndində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin ermənilər tərəfindən öldürülməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, heç bir iki yaşlı qız və ya oğlan münaqişədə həlak olmamalıdır və ailələr övladların itirilməsində dərd çəkməməlidir: "BMT hər iki tərəfi zorakılıqdan vaz keçmək və münaqişəni həll eləmək üçün diplomatik vasitələrdən istifadə etməyə çağırıb. YUNİSEF-in münaqişə nəticəsində zərər çəkən uşaqlara yardım etməsinə gəlincə, təşkilatımız döyüşlər zamanı ziyan dəyən rayonlarda çoxlu iş görür. Biz minaların təhlükəsi ilə bağlı proqram üzərində çalışırıq. Eyni zamanda biz "təhlükəsiz vərdişlər"ə yiyələnməsi üzərində işləyirik ki, cavanlar döyüşlər zamanı özünü necə davranmalı olduğunu bilsinlər. Ötən ilin aprel hadisələri göstərib ki, yaralananların çoxusu evdən çıxdığına görə xəsarət alıblar. Bu davranış başa düşünüləndir, amma eyni zamanda təhlükəlidir".

E.Karvardin bildirib ki, təşkilat həmçinin münaqişədən əziyyət çəkənlər üçün psixoloq proqramını da hazırlamaqdadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar