Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 62 dərəcə isti oldu? Nazirlikdən AÇIQLAMA

Tarix: 09-08-2017 15:53     Baxış: 5335 A- / A+
Bakıda 62 dərəcə isti oldu?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağının elektron lövhəsində havanın temperaturunun 62 dərəcə qeyd olunması haqda məlumatlara münasibət bildirib.

ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, avtobus dayanacağı tam günəş şüasının təsiri altında olduğundan dəmir qızdığı üçün, eyni zamanda asfaltın istisi nəticəsində belə bir rəqəm əmələ gəlib.

Onun sözlərinə görə, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun temperatur ölçən qurğuları xüsusi meydançalarda yer səthindən 2 metr hündürlükdə yerləşir: "Bir daha qeyd edirəm ki, sırf günəş şüasının təsiri, habelə asfaltın istisi nəticəsində lövhə temperaturu 62 dərəcə göstərib”.

G. Məmmədova qeyd edib ki, stansiyalardan alınmış temperatur göstəricilərinə əsasən, Bakıda və Abşeron yarımadasında dəqiq 42-43 dərəcə isti müşahidə olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda avtobus dayanacaqlarından birinin elektron lövhəsində temperaturun 62 dərəcə göstərildiyi foto yayılıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar