Xəbər lenti
III dünya müharibəsi – Hücum planı hazırlıqları başladı

“Dünyanın görmədiyi alovu görəcəklər”
Dünyada yeni müharibə ocağı yarana bilər. Bu dəfə Şimali Koreya və ABŞ arasında onsuzda gərgin olan münasibətlər daha da pisləşib. Tərəflər bir-birini müharibə ilə hədələməyə başlayıblar.
İstiPress-in məlumatına görə, Şimali Koreya ordusu Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə “Xvanson-2” raketi ilə zərbələr endirmək imkanını nəzərdən keçirir.
“Baş komandan Kim Çen In qərar verən kimi bu addım istənilən an reallaşa bilər”, deyə ölkənin mərkəzi teleqraf agentliyinin yaydığı Koreya Xalq ordusunun strateji qüvvələr spikerinin bəyanatda bildirilir. O, qeyd edib ki, hazırda adıçəkilən rayona zərbələrlə bağlı operativ plan diqqətlə araşdırlır”. O, qeyd edib ki, Anderson Hərbi Hava Qüvvələrinin bazası da hədəflərindədir. Məhz burada Şimali Koreyanın əsəblərinə pozan strateji bombardımaçılar yer alıb.
Məlumata görə, plan tezliklə Kim Çen Ina təqdim ediləcək.
Koreyanın hədəsi ABŞ tərəfinin müharibə bəyanataından sonra səsləndirilib. Prezident Donald Tramp da qarşı tərəfi savaşla təhdid edərək nüə silahaı sınaqlarına son qoymağa çağırmışdı. Tramp deyib ki, əgər qarşı tərəf nüvə sınaqlarını artırarsa dünyanın daha öncə heç görmədiyi bir atəş və hiddətlə qarşılıq görəcək.
Qeyd edək ki, Şimali Koreya müntəzəm olaraq ballistik raketlərini sınaqdan keçirir. Bu əməlunə görə, BMT tərəfinən dəfələrlə xəbərdarlıq alıb, sanksiyalara məruz qalsa da, Kim Çen In sınaqları dayandırmaq niyyətində olmadığını açıqlayıb. Xarici işlər naziri də heç bir şərtlə nüvə silahı və ya ballistik raketlərini müzakirə masasına çıxarmayacaqlarını, nüvə silahlarından da ABŞ-dan başqa heç bir ölkəyə qarşı istifadə etmək niyyətində olmadıqlarını demişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar