Xəbər lenti
Həcc ziyarətinə gedəcək 70 nəfər əlavə 535 dollar ödəyəcək
Bu il Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər.
Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər.
Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.
QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərdir. Onların sayının artacağı da istisna edilmir.
Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.
Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar