Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Niyə hər yerə başını soxursan?” - Milli Məclis Astan Şahverdiyevi cəzalandıracaq

Tarix: 07-08-2017 17:34     Baxış: 5255 A- / A+
“Niyə hər yerə başını soxursan?”


Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevlə bağlı toplanacaq.

Bu barədə “olkə.az”-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev məlumat verib.

A.Abıyev bildirib ki, Astan Şahverdiyev dediyi fikirlərinə görə bir neçə dəfə qalmaqal yaradıb:


“Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb. Adama deyərlər, sən öz işindən danış da! Sən bu işin içində deyilsənsə, niyə yalan danışırsan? Axı kim səndən danışmağı xahiş edir? Anlaya bilmirəm ki, Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? Bu cür hadisələr çox olur. Görmədiyin şeylərə görə niyə əminliklə danışırsan? Deputat yalan danışmaz”.

A.Abıyev deyib ki, hazırda Komissiya üzvləri, deputatlar tətildədirlər:


“Sentyabrın 5-10-dan sonra deputatlar işə qayıdanda yəqin ki, bu məsələ ilə bağlı toplanacağıq. Sentyabr ayı gəlsin, mən bu məsələ ilə bağlı Komissiyanın iclasını keçirəcəm”.

Xatırladaq ki, Milli Məclisin deputatı Astan Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı “Ölkə.Az”-a müsahibəsi qalmaqal yaradıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar