Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aprel döyüşlərində öldürülən əsgərin anası müdafiə nazirinə səsləndi: "İkinci oğlumu vermirəm"

Tarix: 01-08-2017 13:54     Baxış: 5261 A- / A+
Aprel döyüşlərində öldürülən əsgərin anası müdafiə nazirinə səsləndi:


Ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu orduya verməyəcəyini deyir.

Qadının dediyinə görə, onun oğlunu hərbi xidmətə iyulun 31-də çağırıblar. O, Seryojanın əvəzinə İrəvanın Erebuni rayon hərbi komissarlığına gedib. "Orada mənə dedilər ki, son on ildə Qriqor və Serjoyanın himayəsində yaşadığım və Qriqorun ölümündən sonra təkcə Seryojanın ümidinə qaldığım haqda hansısa sənədlər toplayıb gətirim. Mən də sənədlər təqdim elədim ki, birinci nigahdan olan uşaqları uzaqda yaşayır, özümün səhhətim qaydasında deyil", - qadın bildirir.

Anait Qriqoryanın dediyinə görə, oğlunu hərbi xidmətə göndərməmək üçün ondan tələb olunan sənədləri silahlı qüvvələrin Baş qərargahına göndəriblər. Lakin Baş qərargah rəisi general Movses Akopyan cavab yazıb ki, qanuna görə Seryoja hərbi xidmətdən azad oluna bilməz.

"Mənə söz vermişdilər ki, iyul çağırışı başa çatandan sonra oğlumun hərbi xidmətdən azad olunmasını təmin edəcəklər. Lakin iyulun 31-də onu gözlənilmədən hərbi komissarlığa çağırıblar və bildiriblər ki, müdafiə naziri Vigen Sərkisyan Seryojanın hərbi xidmətdən azad olunmasına razılıq verməyib. Nəticədə mən ərizə yazdım ki, oğlumu hərbi xidmətə göndərməkdən imtina edirəm. Müdafiə naziri güzəştə getmlidir və oğlumu hərbi xidmətdən azad etməlidir, çünki onun atası yoxdur, biz ağır vəziyyətdə yaşayırıq. Qardaşı ötən ilin aprel döyüşlərində həlak olub. Seryojanı ancaq mənim meyitimin üstündən keçib orduya apara bilərlər"-Anait Qriqoryan bildirib.

Qriqor Arutyunyan ötən ilin aprel döyüşlərində "itkin düşmüş hərbçilər" siyahısında olub. Daha sonra Azərbaycan tərəfi onun meyitini qaytarıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar