Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda çaxnaşma: müharibə başlayır

Tarix: 28-07-2017 06:49     Baxış: 2817 A- / A+
Ermənistanda çaxnaşma: müharibə başlayır


Erməni general xalqa müraciət etməli olub

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanat İrəvanda müharibə çaxnaşmasına səbəb olub.


Ermənistanda çaxnaşma: müharibə başlayır

Manevr.az
İstiPress-in məlumatına görə bildirir ki, Ermənistan paytaxtında əhali o qədər qorxuya dühüb ki, Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan xalqa müraciət etməli olub.

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı bəyanatda dinc əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhalinin atəşə tutulmasının qabardılması erməni ekspertləri ən çox qorxudan səbəbdir. Onlar düşünürlər ki, Azərbaycan böyük müharibə planlaşdırır və bunu əsaslandırmaq üçün mülki əhalini qorunması problemini irəli sürür.

“Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir”, - deyə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanatda deyilir.

Ermənistanda çaxnaşma: müharibə başlayır

Beləliklə, Ermənistanda müharibə ilə bağlı yeni qorxu dalğası başlayıb və bu, 1990-cı illərdə olduğu kimi geniş hal ala bilər. 1994-cü ildə baş vermiş Horadiz döyüşlərindən sonra da İrəvanda belə əhval-ruhiyyə yaranmışdı və ermənilər kütləvi olaraq şəhəri tərk edirdilər. Bunun əsas səbəbi Horadiz döyüşlərində 15 min erməninin həlak olması ilə bağlı idi. Ermənistan rəhbərliyi cəbhədəki itkilərin yerini doldurmaq üçün zavod və fakriklərdən hərbi təcrübəsi olmayan adamları ön cəbhəyə aparırdılar. Ailələrinə isə oğullarının Rusiyaya ezamiyyətə getdiyini deyirdilər.

Qeyri-rəsmi məlumatlara görə, Ermənistan birinci Qarabağ münaqişəsində 75 min əsgər itirib. O vaxt Ermənistanda belə bir lətifə yaranmışdı: “İrəvanı axırıncı tərk edən adam hava limanında işığı söndürsün”.

Ermənistanda çaxnaşma: müharibə başlayır

İndi də Ermənistandan miqrasiya var, hər il 2 minə yaxın 16 yaşa çatmamış oğlan Ermənistanı tərk edir. Bu, Ermənistanın hərbi çağırışa yararlı gənclərinin 10 faizi deməkdir. Erməni hərbçilər bu rəqəmin dəfələrlə artmasından qorxurlar, bu isə Ermənistanda onsuz da çətin olan hərbi çağırışçı problemini dərinləşdirəcək.

“Lragir” vasitəsi ilə ermənilərə müraciət edən general-mayor Arkadi Ter-Tadevosyan erməniləri sakitləşdirməyə çalışıb: “Onlar (azərbaycanlılar - red) gah burada, gah orada hərbi təlim keçirirlər ki, bizim aramızda çaxnaşma yaransın”.

Halbuki, Arkadi Ter-Tadevosyanın iyulda aktiv döyüşlərin başlaya biləcəyini və Ermənistanın aprel döyüşlərinin intiqamını alacağını bildirmişdi. İndi isə sülhdən danışmağa başlayıb

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar