Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Pakistandan 10 hərbi təyyarə aldı – BÖYÜK SAZİŞ

Tarix: 28-07-2017 06:40     Baxış: 4350 A- / A+
Azərbaycan Pakistandan 10 hərbi təyyarə aldı


Pakistan aviasiyasının marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvvələrinin komandanı general-leytenantı Ramiz Tahirov 10 ədəd “Super Muşak” təlim-məşq təyyarəsinin Azərbaycan HHQ-yə verilməsi barədə saziş imzalayıblar.
Müqavilə ilə həmçinin təyyarələrə gələcəkdə texniki xidmət göstərilməsi və pilotlara praktiki hazırlıqda kömək edilməsi nəzərdə tutulur.
“Bu tarixi razılıq iki qardaş dövlət arasında münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə xidmət edəcək”, – məlumatda deyilir.
“Super Muşak” “Saab şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır.
Layihə “Pakistan Aeronautical Complex” tərəfindən 1980-ci illərdə alınıb. 260 at gücünə malik mühərriklə təchiz olunan MFI-395 “Super Muşak” ın istehsalına 1995-ci ildə başlanılıb. İlk uçuş 1996-cı ildə həyata keçirilib. Təyyarələr 2001-ci ildə Pakistan ordusunda istifadəyə verilib.
Təyyarənin maksimal sürəti saatda 268 kilometrdir. Uçuş məsafəsi 814 kilometr təşkil edir.
“Super Muşak” Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Respublikasının Silahlı Qüvvələrində var. 2016-cı ilin əvvəlində Nigeriya, iyul ayında isə Qətər bu təyyarələri pilotların sərəncamına verib. Cari ildə Türkiyə 53 Super Muşak təyyarəsini tədarük edib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar