Xəbər lenti
Nabranda boş çimərliyə giriş 1 manatdır - VİDEO
İsti yay günlərində Xəzər dənizinin Xaçmaz rayonunun Nabran ərazisinə gəlib suya baş vurmaq istəyənlərə xəbərimiz var. Xəzər dənizinin Müqtədir ərazisindəki çimərliklərin birinə giriş avtomobillə giriş pulludur. Bunu həmin ərazidə ailəsi ilə dincəlməyə gedən Xaçmazın Balaqusarqışlaq kənd sakini Rəşad Ağaşirinov İstiPress-in şimal müxbirinə məlumat verib və telefonla çəkdiyi çəkilişi bizə təqdim edib.
Videoda həmin çimərliyə nəzarət edən 1 nəfərin avtomobillə girişə görə pul aldığı, mübahisə etdikləri görünür. Müqtədir qəsəbə sakini olan həmin nəzarətçi mübahisə edənlərə pulu ərazidə təmizlik işləri üçün yığdığını, amma əraziyə "baxaq" deyən şikayətçilərin onunla birgə əraziyə baxış keçirib çimərliyin zibillik olmasını da göstərməsi də videoda əksini tapıb.
Müqtədir qəsəbə sakini olan həmin nəzarətçi ilə - Sergey Yudinlə telefon əlaqəsi zamanı o həqiqətən çimərliyə daxil olan avtomobillərdən bir manat pul aldığını təsdiqləyərək çimərlikdə təmizlik aparmaq üçün bu vəsaiti topladığını, kasıb adam olduğunu söylədi. Hər halda, onun bu sözlərini səmimi qarşılamadıq.
Çox güman ki, kasıb olduğunu deyən Sergey Yudin bu işi özbaşına etmir, arxasında duran kimsə var. Bu kimsənin Müqtədir qəsəbə bələdiyyəsinin sədri olduğu deyilir. Amma Müqtədir qəsəbə bələdiyyəsinin sədri Cəfər müəllimlə danışa bilmədiyimizdən onun münasibətini öyrənə bilmədik. Əlaqə yaradan kimi onun münasibətini verəcəyik.
İnsanların qızmar yay günündə dəniz havası udmasına maneəçilik törədib pul qazanmaq istəyənlər Sergey Yudin kimi kasıb insanları qabağa verib onu camaatla üz -göz etməməlidirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar