Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putin Ərdoğanın qulağına nə pıçıldayıb?

Tarix: 05-09-2016 15:13     Baxış: 5605 A- / A+
Putin Ərdoğanın qulağına

Ötən həftə sonu Çində keçirilən G-20 sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşün bəzi detalları məlum olub.

Virtualaz.org xəbər verir ki, Türkiyənin “Sözçü” qəzeti diplomatik mənbələrə istinadən Putinin Ərdoğana Moskvada Suriya rəhbəri Bəşər Əsədlə görüşməyi təklif edib.

Ərdoğanın Əsədlə Moskvada görüşə biləcəyinə dair xəbəri hələ ötən həftə Livan mənbələri yayıb. Xəbərə əsasən Rusiya tərəfinin təşkil edəcəyi bu görüş 18-22 sentyabr aralığında baş tuta bilər. Hələlik rəsmi Ankara bu xəbəri təkzib etməyib.

Bildirilir ki, Türkiyə ilə Rusiya arasında münasibətlər normallaşsa da Suriya məsələsində ciddi ixtilaf qalmaqdadır. Bu, əsasən Bəşər Əsədə münasibət məsələsidir. Bundan əvvəl Ankara Suriya məsələsində mövqeyini dəyişib və Əsədin keçid hökuməti formalaşana qədər hakimiyyətdə qala biləcəyini ifadə edib. Nəticədə Türkiyə öz mövqeyini 180 dərəcə dəyişdirib. Lakin Əsədlə birbaşa təmas məsələsində Ankaranın tərəddüdləri qalır. Xəbərə görə Putin bu məsələni həll etmək üçün Ərdoğana Əsədlə Moskvada görüşməyi təklif edib. “Bu görüş üçün tarix də müəyyən edilib, sentyabrın 18-i, 22-i arası. Hələlik Türkiyə tərəfi təklifə münasibət bildirməyib, eyni zamanda qəti şəkildə “yox” da deməyib”-mənbə bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar