Xəbər lenti
Rusiya Ermənistanı ələ keçirir və... – Düşmən ölkədə BÖYÜK QORXU

Ermənistan hökuməti Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında 30 noyabr 2016-cı ildə imzalanmış razılaşmanın təsdiqi haqqında qanun layihəsini bəyənib.
Manevr.az “1in.am” saytına istinadən xəbər verir ki, qanun layihəsi müəyyən edilmiş qaydada parlamentə təqdim ediləcək.
Sayt qeyd edir ki, Rusiya bu təşəbbüslə Ermənistan ordusu üzərində öz nəzarətini artırmağa çalışır. Bildirilir ki, bu ideya 2016-cı ildə baş verən aprel müharibəsindən sonra yaranıb.
“Rusiya Ermənistanı kapitulyasiyaya məcbur edir. Moskvada əmindirlər ki, atəşsiz Ermənistan siyasi sistemini təslim olmağa məcbur edə bilər. Moskvada ümumiyyətlə səhv etmirlər, çünki parlament koalisiyası və “Sarukyan” bloku bu razılaşmanın xeyrinə səs verəcək. Tək intriqa “Yelk” blokunun səsverməsi ilə bağlıdır. Bu səsvermə “əsas sınaq” olacaq ki, cəmiyyət “Yelk” blokunun həqiqətən Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışı prosesinə təşəbbüs etdiyinə əmin olsun”, - sayt qeyd edib.
Bildirilir ki, bu problemdə böyük siyasi məna var.
“Əgər birləşmiş qruplaşmasının yaradılması haqqında razılaşmanı imzaladığın ölkə sənin düşmənini (Azərbaycan nəzərdə tutulur – red.) silahlandırırsa, onda sən şəxsi kapitulyasiya haqqında aktı təsdiqləyirsən”, - “1in.am” qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar