Xəbər lenti
Sarkisyan: “Daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”
Ermənistan prezidenti Serj Sərkisyan İrəvanın Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcəyini deyib.
Manevr.az yenicag.Az-a stinadən xəbər verir ki, Sərkisyan bu barədə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramına müsahibəsində deyib:
“Son 20 ildə biz heç vaxt güzəştlər barədə danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır.
Əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa, erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meyilləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz”.
Göründüyü kimi işğalçı Ermənistanın prezidenti yenə də aqressiv ritorika seçərək, güzəşt haqqında düşünmədiyini, konkret desək, Azərbaycanın zəbt olunmuş ərazilərini geri qaytarmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Rusiyanın bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırlaşdığını nəzərə alsaq, Sərkisyanın ehtimal olunan həmin görüşə də hansı “baqaj”la yollanacağını təxmin etmək çətin deyil. O halda, hələ də nəticə verməyən danışıqlar prosesini davam etdirib-etdirməmək məsələsi yenidən aktuallaşır.
Sərkisyanın məlum fikirlərini Yenicag.Az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, danışıqlar prosesində pozucu mövqe tutan Ermənistan prezidentini belə “cəsarətləndirən” dünyanın xristian təəssübkeşliyidir:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar