Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir xəstə həkim səhvinin qurbanı olub — VİDEO

Tarix: 17-07-2017 21:19     Baxış: 3378 A- / A+
Daha bir xəstə həkim səhvinin qurbanı olub

Daha bir xəstə səhv əməliyyat olunduğunu iddia edir. Əməliyyatdan sonra xəstənin ayağı daha da pisləşib.

Damar genişlənməsi şikayəti ilə xəstəxanaya gedib, ancaq səhv əməliyyat ucbatından aylardır şəfa tapa bilmir.

Hadisə 53 yaşlı Şölə Quliyevanın başına gəlib. O, uzun illər varikoz kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağını əməliyyat etdirib. Düz 2 ay xəstəxanada yatdıqdan sonra evə göndərilib.

Yenə həkimə müraciət edib. Bu dəfə də yarada qalan bint və ya sap çıxarılıb. Amma xəstənin ayağı sağalmaq əvəzinə hər gün daha da pisləşib. Məcburən Şölə Quliyeva müayinə üçün başqa özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan əməliyyatın səhv edildiyi bildirilib.

Xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib. İddia ilə bağlı suallarımızı Azər Şəmsəddinskiyə ünvanlamaq istədik, amma cəhdlərimiz boşa çıxdı. Çünki onun telefonuna zəng çatmadı.

Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov isə əməliyyatın səhv olduğunu eşidəndə təəccübləndi və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağımızı söylədi.

Gəldik, amma bizi xəstəxanaya buraxmadılar və baş həkim Yunis Eyyubovun bizi yalnız iş saatında qəbul edə biləcəyi deyildi. Biz isə xəstaxanaya çatanda saat 15:56 idi. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirlikdən deyildi ki, xəstə Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir və komissiya tərəfindən araşdırma aparılmalıdır.xezerxeber.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar