Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır – Düşmənə gözləmədiyi yerdən ZƏRBƏ

Tarix: 17-07-2017 09:29     Baxış: 4516 A- / A+
Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır


Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.

Manevr.az xəbər verir ki, Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir.

Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.

Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, “İskəndər”lər faktiki olaraq Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil deyil: “Yalnız formal olaraq bizim balansımızdadır. Sabah bu raket kompleksinin tətbiqi gündəmə gələrsə, mümkün olmayacaq. Kalininqradda olduğu kimi, Ermənistanda da “İskəndər”lərin istifadəsi ilə bağlı əmri yalnız Putin verə bilər”.

S.Artsruni qeyd edir ki, “İskəndər”lər yalnız mifdir.

Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir. Bu qorxunun mənbəyi Türkiyə və Rusiya arasında S-400-lərin alınması ilə bağlı sazişin imzalanmasıdır.

Siyasi şərhçi Akop Badalyan yazır ki, Türkiyə Rusiyadan aldığı iki divizion S-400-ün birini Azərbaycana verə bilər.

“Türkiyə bu raket kompleksini Azərbaycana məhz “İskəndər”lərdən müdafiə üçün verə bilər. Əslində bu, Moskvanın razılığı ilə baş tutacaq məsələdir. Ermənistana “İskəndər” verən Rusiya Azərbaycana da S-400 verərək, münasibətləri qoruyur və bunu Türkiyə vasitəsilə edir”, - deyə o qeyd edib.(publika.az )

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar