Xəbər lenti
DİQQƏT! Benzinin qiyməti qalxdıqdan sonra Maaş və pensiyalar da…

Tarif Şurasının müvafiq qərarı ilə “Aİ-92″ markalı avtomobil benzininin pərakəndə satış qiyməti artırılaraq, 1 litr üçün 0,90 AZN müəyyən olunub. Bu digər sahələrə nə kimi təsir göstərəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Əli MəsimliSaglamheyat.com açıqlamasında benzinin qiymətinin bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib.
Onun sözlərinə görə, benzinin bahalaşması nəqliyyatla bağlı sahələrdə qiymət artımına səbəb olacaq. O cümlədən nəqliyyatda daşınan məhsulların maya dəyərində artan məbləğ özünü büruzə verəcək.
Millət vəkili vurğulayıb ki, qiymət artımı olanda hərmişə əhali arasında panika təsiri yaranır. Sahibkarlar benzinin qiyməti bahalaşdığından digər məhsulların da qiymətini qaldırmağa çalışırlar. Bu bahalaşma xüsusən aztəminatlı təbəqənin nəqliyyatına, aldığı məhsulların qiymətinə təsir edəcək. Ümumiyyətlə benzinin qiymətini qaldırmağa bir əsas yox idi. Hansısa təşkilatların təsərrüfatsızlığının, idarəetmə meyarının aşağı səviyyədə olması bahalaşmaya gətirib çıxardı. Bu baxımdan onlar maya dəyərinin aşağı salınması istiqamətində işlər görsünlər ki, onların fəaliyyətinin mənfiliklərindən əhali əziyyət çəkməsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar