Xəbər lenti
“Bilsəydim, salam verməzdim” - Atilla Taş

FETÖ istintaqı çərçivəsində həbs edilən müğənni və köşə yazarı Atilla Taş ifadə verib.
“Show Tv” xəbər verir ki, “Terror təşkilatına bilərək və istəyərək yardım etmək" maddəsi ilə haqqında cinayət işi açılan Atilla Taş, köşə yazıları yazdığı “Meydan” qəzetinin FETÖ-nün nəzarətində olduğunu bilmədiyini deyib:
“Qəzetin rəhbəri Levent Kenez mənə qəzetdə işləməyi təklif etmişdi. Ona Atatürkçü olduğumu demişdim. O da qəzetin daha çox şou-biznes üzrə çalışacağını bildirmişdi. Buna görə təklifi qəbul etmişdim. Əgər bu qəzetdə çalışdığım üçün günahkar hesab edilirəmsə, mənim dövlətim silahlı terror təşkilatının qəzet çıxarmasına niyə icazə verib? Əgər qəzetin FETÖ nəzarətində olduğunu bilsəydim qəzetdə çalışmaz, hətta onlara salam verməzdim”.
Qeyd edək ki, dünən FETÖ istintaqı çərçivəsində aralarında Atilla Taşın da olduğu 8 media nümayəndəsi həbs edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar