Xəbər lenti
Qarabağdan dəhşətli xəbərlər bizi sarsıdır - Ştrents
Almaniyanın CDU partiyasından olan Bundestaq üzvü, eləcə də Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrents Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulmasını və biri körpə olmaqla iki mülki vətəndaşın qətlə yetirilməsini kəskin şəkildə pisləyir.
Manevr.az xəbər verir ki, Ştrents məsələ ilə bağlı bəyanat verib: “Ermənistan ordusunun ağır artilleriyadan istifadə etməklə son hücumu Azərbaycan əhalisinə qeyri-insani münasibətin daha bir bariz nümunəsidir. Hücum nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsinin faciəvi şəkildə öldürülməsi çox sarsıdıcıdır. Düşüncələrim həlak olanların yaxınlarının yanındadır”.
“Artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi səbəbindən insanların həlak olması ilə bağlı dəhşətli xəbərlər bizi sarsıdır. Buna son qoyulmasını istəyirəm. Belə ki, hər bir qurban özlüyündə böyük bir faciədir. Bu səbəbdən ötən il Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində bütün tərəflərin danışıqlar masasına cəlb olunması məqsədilə münaqişə ilə bağlı işçi qrupun yaradılmasına dair təşəbbüslə çıxış etmişəm” - deyə Bundestaq üzvü vurğulayır.
Ştrents Azərbaycan, Ermənistan və bu il ATƏT-ə sədrlik edən Avstriyaya hər bir ölkədən 3 deputat olmaqla, neytral ərazidə bir araya gəlinməsi ilə bağlı təklif irəli sürüb. “Almaniya, Azərbaycan və Avstriya tərəfləri intensiv məsləhətləşmələrdən sonra təklifə dərhal razılıq bildiriblər. Təəssüf ki, Ermənistan tərəfinin cavabını bu günə kimi gözləyirik. Bilirəm ki, Ermənistanda yeni parlament seçilib, lakin burada insan həyatından söhbət getdiyi üçün məsələ çox təcilidir. Ümidvaram ki, Ermənistan tərəfi tezliklə təklifə öz razılığını bildirəcək. Belə ki, burada söhbət, fikrimcə, bizim birgə yaşayışımızın ali dəyəri olan sülhün təminatından gedir” - deyə Bundestaq üzvü bəyanatının sonunda bildirir.
Bəyanatla aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://strenz.de/mediapool/79/794308/data/PM_Berg-Karabach.pdf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar