Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Silahlı Qüvvələrimizdə daha bir YENİLİK

Tarix: 13-07-2017 21:30     Baxış: 5426 A- / A+
Silahlı Qüvvələrimizdə daha bir YENİLİK

Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir.

Manevr.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri mərkəzinin açılışında iştirak edib.

Müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədi ilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Yaradılan mərkəzdə qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onlar qısa müddətdə tam təmir olunacaq.
Silahlı Qüvvələrimizdə daha bir YENİLİK

Döyüşün idarə edilməsi üçün müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar