Xəbər lenti
Prezidentin sərt mesajı :15 dekabrda hansı başçılar yola salınacaq?
Prezident İlham Əliyev əvvəlki müşavirələrdə icra başçılarına xəbərdarlıq etmişdi ki, onların fəaliyyətinə xarici investorları cəlb etmək və özlərini necə aparmaq kontekstində qiymət veriləcək.
Manevr.az xəbər verir ki, ölkə başçısı sonuncu müşavirədə də məmurlara və onların ailələrinə sərt mesajlar verdi. Bu ismarıclar təkcə xəbərdarlıq xarakterli deyildi, həm də ilin sonunda başlanacaq prosesə işarəydi.
Sitat: “Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir.
Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir”.
İ.Əliyev bu çıxışı ilə konkret vaxt göstərdi, gün təyin etdi, tapşırıq verdi və rayon icra hakimiyyəti başçıları üçün sınaq müddətini açıqladı.
Təxminən 5 ay möhlət verilib ki, icra başçıları özlərini yaxşı tərəfdən göstərə bilsinlər. Əks təqdirdə Prezident Administrasiyasına onların dosyesi təqdim olunacaq və adekvat addımlar atılacaq.
Əslində, 26 sentyabr referendumu ərəfəsində də PA rəsmiləri icra başçıları ilə bağlı açıqlamalar verirdilər, mərhələli şəkildə dəyişikliklər olunacağı deyilirdi, habelə əhalini qıcıqlandıran, “qırmızı xətti” keçən məmurların bağışlanmayacağına eyhamlar vurulurdu.
Son olaraq, özbaşına Hacı Cavad məscidini sökməyə qalxmış, inanclı təbəqə ilə hökumət arasında süni gərginliyə səbəb olmuş Yasamal rayon icra hakimi əfv edilmədi və İbrahim Mehdiyev işdən qovulmaqla cəzalandırıldı.
Çox çəkmədi ki, bu müşavirəyə qədər – yenə camaatın heysiyyatına toxunan, aşağı zümrədən olan avtobus şoferini döyən general Novruzəli Orucovun oğlu Rüstəm həbs edildi, atası işdən atıldı. Dekabrın 15-də prezidentə təqdim ediləcək dosye əsasında bir neçə icra başçısının da yola salınacağı istisna deyil.
Bölgələrdə aparılan monitorinqlər, şikayətlərin statistikası, icra başçılarından mətbuatda gedən məqalələrin xülasəsi hazırlanaraq xarakterizə ediləcək. Bu mənada medianın rolu da danılmazdır. Deputat Çingiz Qənizadə Cəbrayılın icra başçısı Mahmud Quliyev işdən azad ediləndən sonra demişdi ki, prezident məsələdən mətbuatda tanış olub və qərar verib.
Bu o deməkdir ki, PA-da icra başçılarının monitorinqi aparılır və dekabrın 15-də bu nəticələrin də təsiri olacaq.
Beləliklə, ilin sonunda vəzifəsini itirəcək icra başçıları məlum olacaq və bununla da 2018-də islahatların yeni dalğası start götürəcək.
Bu dalğada hansı icra hakimlərinin “qələminin qırılacağını” söyləmək çətindir, di gəl bəzi informasiyalar gəlməkdədir. İddialara görə, ölkə başçısı uzun müddət vəzifə tutan və yaşlı və adı mətbuatda tez-tez hallanan, şikayətlər olunan icra başçıları ilə vidalaşa bilər.
Bu xüsusatda Hacıqabulun icra başçısı Əhməd Muxtarov, Sabirabadın icra başçısı Nazim İsmayılov, Xaçmazın rəhbəri Şəmsəddin Xanbabayev, Beyləqanın şefi Vaqif Abdullayev, Suraxanı rayon icra başçısı İlqar Abbasov, Zərdabın icra başçısı Lütfəli Babayev, Biləsuvarın rəhbəri Mahir Quliyev, İmişli icra başçısı Vilyam Hacıyev, Qaradağ icra başçısı Süleyman Mikayılov və başqalarının adı siyahıda ola bilər. İndi növbə onlarındır: prezident möhlət verdi, məmurlar isə… (BakuPost)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar