Xəbər lenti
Ağdaş xəstəxanasının baş həkimi: “Uşaq şok keçirib” -SƏBƏB

Azyaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub.
Manevr.az məlumat verir ki, bunu teleqraf.com-a açıqlamasında Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuri Nuriyev deyib.
Onun sözlərinə görə, 9 yaşlı uşaq dünən saat 17 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib: “Əməliyyatdan əvvəl uşağa metilin iynəsi vurulan zaman xəstə anafilaktik şok keçirib. Nəticədə azyaşlının ürəyi dayanıb”.
Baş həkim bildirib ki, bütün tədbirlərə baxmayaraq uşağın həyatın xilas etmək mümkün olmayıb: “Anafilaktik şok bəzi hallarda baş verir. Bu dəfə təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar