Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan Azərbaycana müharibə HƏDƏSİ: Mesaj verildi

Tarix: 09-07-2017 18:11     Baxış: 410 071 A- / A+
Rusiyadan Azərbaycana müharibə


Qabil Hüseynli: “Rusiyanın bu hərəkətlərini təzyiq kimi qiymətləndirmək olar”
Tural Abbaslı: “Rusiya bununla Azərbaycana mesaj vermək istəyir ki…”


Ermənistan silahlı birləşmələri iyulun 4-də gecə saatlarında işğal etdikləri Azərbaycan ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinə təxribatçı hücum etdilər. “Cümhuriyət” qəzeti xəbər verir ki, hücumun qarşısı Azərbaycan ordusu tərəfindən alınsa da 2 nəfər kənd sakini həlak oldu, 1 nəfər isə yaralandı.
Qətliamdan bir neçə gün keçməsinə baxmayaraq, məsələ ətrafında müzakirələr bitmək bilmir. ATƏT-in Minsk qrupu, ABŞ, Rusiya, Türkiyə və digər xarici dövlətlərin bəyanat yaydığı təxribat haqqında başqa məqamlar da ortaya çıxmağa başlayıb. Hesab olunur ki, bu, əvvəldən planlaşdırılmış təxribatdır və özündə siyasi məqamları gizlədir. Hazırda medianın gündəmi və ictimai rəydə də bu, əsas müzakirə mövzusudur. Bir qayda olaraq, yenə də məsələ nəzəri olaraq, Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilsə də Şimal qonşumuzun hadisə ətrafında sərgilədiyi davranış və səsləndirdiyi fikirlər deməyə əsas verir ki, bu, Kremlin Dağlıq Qarabağ münaqişəsi üzərindən Azərbaycana qarşı növbəti təzyiqidir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın hadisədən dərhal sonra verdiyi açıqlama da buna məntiqli əsas verir. Həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə başsağlığı verən Zaxarova Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərin Rusiyanın nəzarətində olduğunu deyərək, olayın gizlinlərini dolayı yolla üzə çıxardı.
Qarabağda müharibə ehtimalı gündəmdə
Alxanlıya hücum o vaxta təsadüf edirdi ki, Rusiya və Azərbaycanla imzalanmış hərbi sazişə uyğun olaraq, federasiyadan növbəti silah partiyası ölkəmizə gətirildi. Bu, Ermənistan tərəfinin ciddi narahatlığına səbəb oldu və diqqətə çatdırıldı ki, Rusiya müttəfiqlik qaydalarını pozaraq, Azərbaycanı silahlandırır. Məsələyə Rusiya KİV-lərində də geniş yer verildi və rusiyalı mənbələr bunu Qarabağda növbəti müharibə üçün istinad nöqtəsi olduğunu bildirdilər. Ermənistan hakimiyyətinə yaxın mənbələr isə o ehtimalı gündəmə gətirdilər ki, növbəti müharibədə cəbhə dəyişdirərək Azərbaycan tərəfində yer alacaq Rusiya digər yandan Qarabağla bağlı rəsmi Bakının şərtlərinə cavab verən yeni plan üzərində işləyir. Başqa sözlə, Rusiyanın Azərbaycana silah satması müttəfiqlər arasındakı münasibətləri xeyli gərginləşdirmişdi. Alxanlı təxribatından sonra isə daha ilginc ehtimallar gündəmdə yer almağa başlayıb. İddialara görə, Rusiya bu ittihamlardan yayınmaq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana öz şərtlərini diktə etmək üçün yenidən cəbhə xəttində vəziyyəti gərginlikdə saxlamaq vasitəsinə əl atıb. Ermənistan üzərindən Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginlikdə saxlamaq istəyən Rusiya bununla yanaşı, rəsmi Bakının Qərbə meyillənməsinin qarşısına çıxmaq istədiyi də məntiqli əsas ola bilər. Başqa sözlə, regiondakı nüfuz dairəsini qoruyub saxlamaq istəyən Kreml bölgədə ajiotaj yaratmaq məqsədilə “münaqişə kartı”nı yenidən masaya ataraq, “Qarabağda müharibə” ideyasını yenidən gündəmə gətirib.

Rusiyadan Azərbaycana müharibə


“Görünən dağa bələdçi lazım deyil”
Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə Rusiyanın Azərbaycana etdiyi təzyiqlərlə bir sıra siyasi məqsədlərini həyata keçirməyə çalışdığını deyib. O, hesab edir ki, bunun üçün də Kreml müxtəlif vasitələrdən, o cümlədən, Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə edir: “Görünən dağa bələdçi lazım deyil. Rusiyanın son davranışları, xüsusilə də Alxanlıda ermənilərin törətdikləri qətliama münasibət bildirməməsi, həmin gün Azərbaycana gəlmək istəyən vətəndaşlarının qanunsuz olaraq ölkəmizə girişinə qadağa qoyması da bu təzyiqlərin bir hissəsidir. Təzyiqlərin arxasında, ermənilərin bölgədə möhkəmlənməsinə şərait yaratmaq və onlar vasitəsilə öz strateji maraqlarını reallaşdırmaq niyyətləri dayanır.
Ermənistan da Rusiyanın regiondakı forpostu kimi bu missiyanı yerinə yetirir və öz ağasının maraqlarının qorunmasına yaxından kömək edir. Amma Azərbaycan Rusiya ilə münasibətlərini normal və bərabərtərəfli hüquqlar çərçivəsində inkişaf etdirməyə çalışır. Bunun üçün də əlindən gələni əsirgəmir. Lakin bunun qarşılığında Rusiyanın təzyiqlərini və davranışlarını başa düşmək çətindir. Beynəlxalq hüquq normalarına uyğun olmadığına görə, Rusiyanın bu hərəkətlərini təzyiq kimi qiymətləndirmək olar”.

Rusiyadan Azərbaycana müharibə


Hakimiyyət daxilində “Qərb” – “Rusiya” qarşıdurması
Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etdiyi heç kəsə sirr deyil. Partiya sədrinin sözlərinə görə, əgər münaqişə həll olunsa, bu zaman Rusiya Azərbaycana təzyiq vasitələri və regiondakı hegemonluğundan məhrum ola bilər: “Buna görə də uzun illərdir Minsk qrupunun tərkibində də münaqişənin uzadılmasına xidmət edir. Eyni zamanda o da sirr deyil ki, son zamanlarda Azərbaycan hakimiyyət daxilindəki Rusiyaya meyilli olan qruplar da sıxışdırılır, bu, artıq kənardan hiss olunur. Hakimiyyət daxilində Qərb və Rusiya tərəfdarları arasında qarşıdurma gedir.
Bu qarşıdurmada Rusiyaya meyilli olanların nüfuzları xeyli zəifləyib. Amma mən düşünmürəm ki, cəbhə xəttində baş verən son proseslər birbaşa Rusiyanın təxribatıdır, lakin Rusiyanın burada rol aldığını da inkar etmirəm. Mümkündür ki, Rusiya bununla Azərbaycana mesaj vermək istəyir ki, əgər ölkəmizdə mövqelər zəifləsə, münaqişəni müharibə fazasına keçirə bilər. Lakin Rusiya Azərbaycanda öz təsir imkanlarını saxlamaq istəyirsə, bu zaman Qarabağ probleminin həllində müsbət rol oynamalıdır”.
Tural Abbaslı vurğulayıb ki, Azərbaycan əhalisinin 90%-i bu münaqişənin süni şəkildə Rusiya tərəfindən yaradıldığını, Ermənistanın arxasında durduğunu bilir: “Buna görə də Rusiya Azərbaycana qarşı uzunmüddətli təsir imkanlarını saxlaya bilməz. Əgər münaqişənin ədalətli həllində rol oynasa, Rusiyanın Azərbaycandakı nüfuzu xeyli yüksələ bilər”. Cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar