Xəbər lenti
Bakı aeroportunda 25 erməni saxlanılıb : Rusiya XİN bəyanat verdi
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan əleyhinə bəyanat yayıb.
Bəyanatda Azərbaycanda ruslara qarşı etnik ayrı-seçkiliyə yol verildiyi bildirilir. Qeyd olunur ki, bu il ərzində Azərbaycana səfər edən 25 nəfər Rusiya vətəndaşı ölkəyə buraxılmayıb və onlara hava limanında yemək və su verilməyib.
Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfi həmin şəxslərin erməni soyadı daşıması səbəbindən ölkəyə buraxılmadığını deyib. Rusiya rəsmiləri isə bunu ruslara qarşı ayrı-seçkilik kimi qiymətləndirirlər (Yeniavaz).
Göründüyü kimi Kreml ölkəsində yaşayan erməniləri Rusiya vətəndaşı adı ilə Azərbaycana göndərir. Ermənilər Bakıda – hava limanından geri qaytarıldıqda isə Rusiya XİN Azərbaycana qarşı bəyanat verir.
Manevr.az turkustan.info-ya istinadən bildirir ki, bu, Azərbaycan xalqının heysiyyatı ilə oynamaqdır. Onu sınağa çəkməkdir.
Bundan sonra yaşından və “Azərbaycana loyal münasibətindən” asılı olmayaraq heç bir erməni kökənli ölkəyə buraxılmamalıdır.
Torpaqlarımız işğalda, vətəndaşımızın həyatı hər an təhlükədə olduğu bir zamanda ortalığın istiləşdirilməsi cəhdləri yalnız ermənilərin və onların havadarlarının maraqlarına cavab verir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar