Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc Mühasiblər İctimai Birliyi bəyanat yayıb

Tarix: 07-07-2017 20:21     Baxış: 4742 A- / A+
Gənc Mühasiblər İctimai Birliyi bəyanat yayıb


Manevr.az xəbər verir ki, Gənc Mühasiblər İctimai Birliyi Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində Azərbaycan Respublikasının dinc sakinlərinin həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Ermənistan Silahlı Qüvvələrinin iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutaraq növbəti təxribat törədib. Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri ilə hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

Ermənistan ordusunun təxribatları nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. Sonuncu baş verən hadisə, xüsusilə də 2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın zəbt etdiyi torpaqları sülh yolu ilə tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan qaldırır və işğalçıya qarşı müvafiq addımları atmağa vadar edir.

Lakin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranış nümayiş etdirməsi, beynəlxalq təşkilatların ikili mövqedən çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır.

Gənc Mühasiblər İctimai Birliyi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi təxribatı qətiyyətlə pisləyir və münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq təşkilatlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağa, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyə və beynəlxalq ictimaiyyəti Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamağa çağırır".

Gənc Mühasiblər İctimai Birliyi bəyanat yayıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar