Xəbər lenti
Moskvadan ULTİMATUM: “Dərhal tərk edin, əks halda...”
Rusiya PYD terror təşkilatına (PKK terror təşkilatının Suriya qolu - red.) “Afrini dərhal tərk edin!” şəklində ultimatum verib.
Manevr.az xəbər verir ki, bu haqda “Haber7” saytının yazarı Taha Dağlı bildirib.
Ultimatumun Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyunun 2-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verildiyi deyilir. Taha Dağlının sözlərinə görə, Moskva PYD-dən Afrini tərk etməyi tələb edib, əks halda Türkiyənin Afrinə müdaxiləsinə səssiz qalacağını bildirib.
Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq. Burada Türkiyə və Rusiya hərbiçilərinin birgə təhlükəsizliyini təmin edəcəyi İdlib modeli tətbiq olunacaq. Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə Rusiya hərbiçilərinin Afrindən çəkildiyini göstərən fotolar yayılıb. Afrin Hələb vilayətinin bir mahalıdır.
Mahal Suriyanın şimalındakı PYD üçün strateji nöqtə hesab olunur. Afrin “kürd dəhlizi”nin tamamlanması üçün də əhəmiyyətli bölgə sayılır.
Türkiyə artıq “kürd dəhlizi” planına ötən il avqustun 24-də başladığı “Fərat Qalxanı” hərəkatı ilə ağır zərbə vurub. Hərəkat nəticəsində Afrin və Kobani arasındakı ərazi - Azez-Cerablus xətti təmizlənib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar