Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Zəhranı öldürməsi Moskvanı ayağa qaldırdı

Tarix: 05-07-2017 21:23     Baxış: 3303 A- / A+
Ermənilərin Zəhranı öldürməsi Moskvanı ayağa qaldırdı


“Bu aprel müharibəsininə də gətirib çıxara bilər”
Rusiya Füzuli rayonunu Alxanlı kəndində erməni işğalçıları tərəfindən törədilən, dinc sakinlərin öldürülməsini sərt şəkildə pisləyib. İstiPress “vestikavkaza.ru” saytına istinadən xəbər verir ki, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qurupunun rəhbəri Dmitri Savelyev cəbhədə baş verənlərə ölkəsinin pis münasibət bəslədiyini açıqlayıb.

“”Böyük iyirmiliyin” görüşü ərəfəsində Qarabağ separatçılarının belə hərəkətlərini yalnız açıq təxribat kimi qiymətləndirmək olar. Dinc sakinləri, özü də körpə uşağı qətlə yetirmək… Mən düşünürəm ki, ən qısa müddətdə beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək lazımdır”.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da bildirib ki, bu hadisə rəsmi Bakının danışıqlarda mövqeyini sərtləşdirilməsinə gətirib çıxaracaq. “Nənə və nəvənin ölümü əlbəttə ki, azərbaycanlı əhali arasında qəzəb doğurub, Azərbaycan hakimiyyəti də adekvat cavab verəcək. Bu aprel müharibəsininə də gətirib çıxara bilər”.
Politoloq Oleq Kuznetsov isə ötən gün baş verənləri Xocalıdakı qırğınla müqayisə edib. “Bu, bir tərəfdən dinc Azərbaycan əhalisinin məhvinə səbəb ola bilərdi, axı təmas xəttinə yaxın ərazilərdə yalnız azərbaycanlılar yaşayırlar. Digər tərəfdən, ola bilsin ki, bu, məqsədyönlü hərbi əməliyyatlara təhrik Xocalı üslubuda ola bilər”.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.(turkustan.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar