Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı "Zəhra yürüşü" təxirə salındı (YENİLƏNİB)

Tarix: 05-07-2017 19:38     Baxış: 5310 A- / A+
Bakıdakı "Zəhra yürüşü" təxirə salındı


İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.

Manevr.az xəbər verir ki, bu barədə apa-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.

Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, - deyə nazirlikdən qeyd olunub.

***

17.59


Azərbaycanda çoxsaylı gənclər təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kənd sakinlərini qətlə yetirməsinə etiraz əlaməti olaraq yürüş keçirəcək.

Manevr.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yürüşə sabah Bakıdakı “Bridge Plaza”nın qarşısından başlanacaq.

Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər.

Nazirlik gəncləri yürüşdə aktiv olmağa çağırıb.

Qeyd edək ki, hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədridir.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar