Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Kürü zəhərləyir - Rəsmi

Tarix: 04-07-2017 19:25     Baxış: 4383 A- / A+
Ermənilər Kürü zəhərləyir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyunda növbəti monitorinq keçirib.

Nazirlikdən Axar.az-a yin saytına istinadla xəbər verir ki, iyunun üçüncü ongünlüyündə Kür çayında suyun sərfi iyunun ikinci ongünlüyünə nisbətən saniyədə 79 kubmetr artaraq saniyədə 241 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 4,2, Ağstafaçay su anbarında isə 3,2 dəfə keçib.

İyunun üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar YVQH-ni Araz çayı üzrə Horadizdə 2,4, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2,7 dəfə keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,92-7,9 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar