Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Azərbaycanın təbii sərvətinə görə Sarkisyana HÜCUM ÇƏKDİ -FOTO

Tarix: 04-07-2017 17:50     Baxış: 4398 A- / A+
Ermənilər Azərbaycanın təbii sərvətinə görə Sarkisyana HÜCUM ÇƏKDİ


Ermənistan işğalında qalan Göyçə gölündə suyun səviyyəsi getdikcə aşağı düşür və gölün ətrafında bataqlıqlar yaranır.

Manevr.az xəbər verir ki, Ermənistan mediası Göyçə gölünün acınacaqlı vəziyyətə düşdüyünə dair məlumatlar yayıblar.

“SOS Sevan (Göyçə)” adlanan aksiya iştirakçıları parlament binası önündə hökumətin Göyçə gölünün suyunun digər ərazilərə axıdılması haqda layihəsinə etiraz ediblər.

Aksiyanın iştirakçısı ekoloq Levon Qalstyan deyib ki, bu layihə ciddi ekoloji qəzalara gətirib çıxaracaq: “Hökumət isə bunu anlamır, yaxud da anlamaq istəmir”.

Ermənistan hökumətinin bu il qəbul etdiyi layihəyə görə, Göyçə gölünün suyunun 100 milyon kubmetrdən artıq olan hissəsi əkin sahələrinin suvarılmasına sərf ediləcək.

Qalstyan deyir ki, Göyçədə suyun səviyyəsi illərdir qalxmır:
“Bu gölün ətrafında istirahət obyektləri yaradan məmurlara sərf edir. Halbuki, sahil ərazilər suyun səviyyəsinin artması üçün hazırlanmalı idi. Lakin hökumət suyun səviyyəsinin artmaması üçün müəyyən bir hədd qəbul edib, halbuki, bunun heç bir elmi izahı yoxdur və ani verilmiş qərardır. Beləliklə, həm sahil boyu istirahət mərkəzləri zərər görməyəcək, həm də əkin sahələri suvarılacaq. Bu, getdikcə gölün qurumasına gətirib çıxaracaq. Artıq gölün ətrafındakı ərazilərdə bataqlıq yaranmağa başlayıb, gölün suyunun keyfiyyəti aşağı düşüb”.

Etirazçılar Göyçə gölünün erməni məmurlar tərəfindən tamamilə özəlləşdirildiyini qeyd ediblər.Publika.az

Ermənilər Azərbaycanın təbii sərvətinə görə Sarkisyana HÜCUM ÇƏKDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar