Xəbər lenti
"Azərbaycan təyyarəsinin üzərindəki "SSRİ" sözünü sildirdim" - Türkiyəli general
Bakıda səfərdə olan Türkiyənin Ehtiyatda olan Zabitlər Təşkilatı və Türkiyə Müharibə Veteranları Təşkilatının nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
APA TV-nin xəbərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş bildirib ki, səfər zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı bir sıra müzakirələr aparılacaq: "90-cı illərin əvvəllərində Qarabağda müharibə başlayan zaman mən Ankarada hərbi hava bazasının rəisi idim. Həmin ərəfədə Azərbaycanın hərbi nəqliyyat təyyarələri bazaya enmişdi. Təyyarələr iki saat ərzində yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində "SSRİ" yazılmışdı. Bunu görən kimi dərhal əmr verdim ki, təyyarələrin üzərindəki o söz silinsin, əvəzinə isə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazılsın, eyni zamanda Azərbaycan bayrağı həkk edilsin. İki saat ərzində təyyarələrin üzərinə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazıldı, Azərbaycan bayrağı həkk edildi".
General-polkovnik qeyd edib ki, tarix boyu Azərbaycan və Türkiyə arasında gözəl münasibətlər olub: “Biz eyni millətin iki dövlətiyik".
Onun sözlərinə görə, Azərbaycanda rəsmi şəxslərlə də görüşlər keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan zabitləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə iyulun 7-dək Azərbaycanda səfərdə olacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar