Xəbər lenti
Bakının müharibə HAZIRLIĞI: Putin İrəvandan üz döndərdi, Ermənistan...
Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyasının Bakıya çatdırılması İrəvanda qəzəb doğurdu. İndi münaqişə qaçılmazdırmı və Ermənistan yeni “təhlükəsizlik zaminləri axtarmağa” başlayacaqmı?!
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosbalt” agentliyi Azərbaycanın əraziləri azad etmək üçün yeni müharibəyə hazırlaşdığına dair məqaləsində yazır.
Agentlik Bakıya gətirilən silahlara diqqət çəkib və bu silahların ən yeni hərbi texnika olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana böyük miqdarda hərbi texnika gətirilib. Hərbi texnika arasında xüsusilə “Xrizantema S” raketləri diqqət çəkir. “Xrizantema-S” kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb. Raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir. “Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema” raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər.
Bununla yanaşı, “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq, istənilən hava şəraitində məhv edə bilər. Üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını uzaq məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verəcək. “Xrizantema-S” 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Bu raket kompleksinə “Tank qatilləri” də deyilir.
Azərbaycanın Müdafiə Nazirliyi yeni hərbi texnikaların cəbhə bölgəsinə göndəriləcəyini açıqlayıb.
“Rosbalt” İrəvanın etirazlarına diqqət çəkir: “İrəvanda soruşurlar: “Bu, necə ola bilər?” Hərçənd, onlar çoxdan Rusiya və Azərbaycan arasında silah satışı üzrə sazişin imzalandığını bilirlər. Lakin baş vermiş fakt həmişə onları heyrətləndirir. Ermənistanı ən çox narahat edən “Xrizantema-S” raket-kompleksləridir”.
Agentlik Ermənistanın müdafiə naziri və xarici işlər nazirinin müavininin etiraz bəyanatlarına yer verir.
Müdafiə naziri Viqen Sarkisyan bundan ciddi şəkildə narahat olduqlarını, xarici işlər nazirinin müavini Savarş Koçaryan isə Rusiyaya ümid etməyin mənasız olduğunu bildirib.
“Erməni ekspertlər danışırlar ki, Azərbaycan Rusiyadan əlavə olaraq 100 ədəd T-90 tankı almaq niyyətindədir. Bununla yanaşı, İsraildən tank əleyhinə çoxfunksiyalı “Spayk” raket-komplekslərini alır. Və bu, qızğın silahlanmanı göstərir. Erməni cəmiyyəti ölkə hakimiyyətinə Rusiya ilə münasibətlərə yenidən baxmaq haqda çağırışlar edir, həmçinin, Azərbaycana silah satmayan yeni müttəfiqlər tapılmasının vacibliyi haqda danışırlar. Lakin Rusiyadan başqa kim Ermənistana “İskəndər” və “Qasırğa” tipli raketlər verəcək, özü də daxili qiymətlərlə? Ermənistanın bəzi siyasi dairələri hesab edirlər ki, onlara Qərb kömək edəcək, buna görə də Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin imzalanmasını sürətləndirmək lazımdır. Amma onlar anlamalıdır ki, Ermənistan üçün heç kim vuruşmayacaq. Azərbaycan üçün isə ən azından Türkiyə döyüşəcək. Əlbəttə, qızğın silahlanma lazımsızdır. Lakin “İskəndər”, yaxud “Qasırğa” haqda danışmadan Rusiyanı Azərbaycana silah satmaqda ittiham etmək doğru deyil”, - deyə məqalədə bildirilir.
Agentlik əlavə edir ki, Ermənistan üçün uğursuz vəziyyət formalaşır.(Publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar