Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Maştağada qanunsuz ağac kəsənlərin işi polisə göndərildi

Tarix: 03-07-2017 21:51     Baxış: 2337 A- / A+
Maştağada qanunsuz ağac kəsənlərin işi polisə göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı şikayət daxil olub.
Nazirlikdən verilən məlumata görə, şikayət yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, 7 ədəd zeytun ağacının isə traktor vasitəsilə kökündən çıxarıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanuna müvafiq tədbir görülməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə məktub göndərilib.
Araşdırma zamanı müəyyən olunub ki, Abşeron rayon İcra Hakimiyyətinin 21.07.2016-cı il tarixli 224 nömrəli sərəncamı ilə Abşeron rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar “İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında Torpaq icarəsi müqaviləsi bağlanıb.
Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar