Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Komitəsi deputatın rəis qardaşı ilə bağlı MƏLUMAT YAYDI

Tarix: 03-07-2017 18:41     Baxış: 5349 A- / A+
Gömrük Komitəsi deputatın rəis qardaşı ilə bağlı MƏLUMAT YAYDI


Bir neçə gün əvvəl Azərbaycan-Gürcüstan sərhədində Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun saxlanıldığı, iş yerində, maşınında və evində axtarış aparılması ilə bağlı məlumat yayımlanmışdı.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb.

Elə həmin gün deputat Məlahət İbrahimqızı "qafqazinfo"ya açıqlamasında qardaşı Mehmandar Həsənovun həbs xəbərini təkzib edərək, onun iş başında olduğunu qeyd etmişdi.

Sözügedən hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi də məlumat yayıb.

Bildirilir ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində qeyri-qanuni yollarla külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə məşğul olan şəbəkənin aşkar edilməsi, ölkənin gömrük-sərhəd buraxılış məntəqələrindən birinin rəisinin də şəbəkə üzvləri arasında olması və həmin şəxsin də həbs edilməsi, evində, avtomobilində axtarış aparılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi mövcud gömrük qanunvericiliyin tələblərinə uyğun olaraq qaçaqmalçılıq, o cümlədən valyuta qaçaqmalçılığına qarşı qətiyyətli mübarizə aparır və bu barədə kütləvi informasiya vasitələri, eyni zamanda komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin aprel ayında adıçəkilən gömrük postunda külli miqdarda rus rublunu ölkədən qanunsuz yolla çıxarmaq istəyən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində cinayət işi başlanıb və müvafiq araşdırmalar aparılır. Eyni zamanda, aşkar edilən həmin qaçaqmalçılıq faktının həyata keçirilməsinə cəhddə digər şəxslərin, eləcə də gömrük əməkdaşlarının iştirakının olub-olmaması da araşdırılır və istintaqın yekununa uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, faktla bağlı hər hansı gömrük əməkdaşı saxlanılmayıb, evində, avtomobilində axtarış aparılmayıb.

Dövlət Gömrük Komitəsi bir daha kütləvi informasiya vasitələrini və jurnalistləri komitənin fəaliyyətinə dair məlumatları rəsmi mövqe öyrənməklə yaymağın həm Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, həm də jurnalist etikasına hörmətin təzahürü olduğunu diqqətə çatdırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar