Xəbər lenti
DİQQƏT: Bu saatlarda evdən çıxmayın... - HƏKİM MƏSLƏHƏTİ
“Günəşin ən isti saatlarında - 10:00 və 16:00 arası məcbur qalmadıqca çölə çıxmayın. Günvurmaya məruz qala bilərsiniz”.
Bunu terapevt Natavan Məmmədova deyib: “Günvurmaya bütün insanlar məruz qala bilər, ancaq risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar arasındadır, həmçinin şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyənlər risk altındadır".
Həkim əlavə edib ki, günvurmadan qorunmaq üçün günün isti vaxtlarında dənizə getməyin. Açıq rəngli, dar olmayan paltarlar geyinin. Baş örtüsüz, papaqsız (şapka) çölə çıxmayın.
“Bədən temperaturunun yüksəlməməsi üçün tez-tez duş almaq ( bədəni yumaq), əgər bu mümkün deyilsə, ayaqlar, əllər, üz və ənsə soyuq su ilə silinməlidir. Qızartma və ya yağlı yeməklərin əvəzinə buxarda bişmiş yeməklərə üstünlük verin. Kafeinli, alkoqollu və çox miqdarda şəkərli içkilərdən uzaq durun”.
Günvurma zamanı ilk yardım necə olmalıdır?
Həkim terapevt Natavan Məmmədova deyib: “Günvurma zamanı bədən temperaturu 39.4 dərəcəyə qalxır, dəri quru, qırmızı və isti olur. Bulantı, qusma, baş ağrısı, baş gicəllənməsi, göz çuxurlarının dərinləşməsi, görmə pozğunluğu və s. baş verir”.
Həkim əlavə edib ki, gün vuran insana ilk yardım zamanı onu mütləq sərin və kölgəli yerə aparmaq lazımdır. Soyuq su ilə bədənini soyutmaq vacibdir. İçmək üçün su qətiyyən verməyin. Dərhal ən yaxın xəstəxanaya aparın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar