Xəbər lenti
Dörd şəhid verən Qusar polisi - FOTO, VİDEO
Bir nəfər Azərbaycanın Milli Qəhrəmanı adını alıb
Qusarda polus günü xüsusi təntənə ilə keçirilib. Əvvəlcə Qusar polis şöbəsinin və icra hakimiyyətinin rəsmiləri Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edib önünə gül dəstələri qoyublar. Sonra polis gününə həsr olunmuş mərasim Qusar rayon mədəniyyət evində davam etdirilib. Rayonun icra başçısı Şair Alxasov 99 illik Azərbaycan polisinin keçdiyi şərəfli həyat yolundan ətraflı danışıb. İcra başçısı polislərin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, polissiz dövlət yoxdur deyərək hüquq-mühafizə orqanının zəhmətini xüsusi qiymətləndirib.
Qusar polis şöbəsinin rəisi, polkovnik Zaur Bədəlov Azərbaycan polisinin keçdiyi keşməkeşli həyat yolundan danışaraq polis adını həmişə şərəfli işləri ilə doğruldacaqlarını diqqətə çatdırib. Çıxışlarda Qusar polisinin Qarabağ döyüşlərində və xidməti fəaliyyəti zamanı öldürülən 4 polis əməkdaşının adı xüsusi hörmətlə anılıb. 1991-ci ildə Qarabağda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun, xidmət zamanı həlak olan Xanlar Balamətovun, Fazil Balabəyovun, Qalib Quliyevin qısa, lakin şərəfli ömür yolunun gənc polislərə nümunə olduğu deyilib.
Mərasimin gedişində icra başçısı Şair Alxasov Qusara baş prokuror Zakir Qaralov tərəfindən bir neçə aydır yeni təyin edilən prokuror Mübariz Əhmədovu da ictimaiyyətə təqdim edib, onun yaşı az olsa da peşəkar olmasını vurğulayıb. Daha sonra Şair Alxasov xidmətdə fərqlənən polisləri icra hakimiyyətinin fəxri fərmanları ilə təltif edib. Qusar polis şöbəsinin rəisi, polkovnik Zaur Bədəlov İstiPress-ə geniş müsahibə verib. O məlumat verib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan polisinin maddi-texniki bazası daha da möhkəmlənib, Azərbaycan daxili işlər orqanlarının büdcəsi 11 dəfə artıb. 1993-cü ildən bu yana polislər üçün 400-dən çox sosial bina inşa edilib, polis orqanlarına 5000-dən çox xidməti avtomobil verilib.
Qarabağ döyüşlərində Azərbaycan polisi 1695 nəfər şəhid verib, 76 nəfər Milli Qəhrəman adını alıb ki, onlaran biri Qusar polis şöbəsinin əməkdaşı Sərdar Səfərovdur. Qusar polis şöbəsinin rəisi Zaur Bədəlov işə təyin edildiyi gündən indiyədək vətəndaşları növbədənkənar hər gün qəbul etdiyini söyləyərək rayonun 46 yaşayış məntəqəsində vətəndaşlarla görüş keçirdiyini, onların şikayətlərini yerində dinləyib müvafiq tədbirlər gördüyünü dedi. Onun sözlərinə görə, polisin işində xırda nöqsanlar müşahidə edilsə dərhal aradan qaldırılır və çalışırıq ki, işimizi nazirimiz Ramil Usubovun göstəriş və əmrləri əsasında günün tələbləri səviyyəsində quraq.
Qusar polisinin şəxsində ictimai asayişi qoruyan bütün polis əməkdaşlarımızı İstiPress olaraq təbrik edirik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar